Elşad Əhmədov: "1:1 hesabı bizim üçün qələbəyə bərabərdir"

21:33 24 Noyabr 2018

“Bütün oyunu rəqib diktə elədi. Bacardığımız qədər müdafiə olunmağa çalışdıq. Tam ürəyimcə olmadı. Əks-hücumlardan istifadə edə bilmədik. Rəqibdən yenə də 1 xal ala bildik. "Qarabağ" güclüdür, keyfiyyətli futbolçuları var. 1:1 hesabı bizim üçün qələbəyə bərabərdir. Çünki çox çətin idi".

 

Sportarena.az xəbər verir ki., bunu “Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 12-ci turunda “Qarabağ”la 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

 

- Deviçin durumu nə yerdədir?

- Həftənin 1-ci günü komanda ilə məşqlərə başlayacaq. Növbəti oyunda iştirak edə bilər.

 

- Bugünkü durumunuz nəyə imkan verir?

- İlk turdan məqsəd Premyer Liqada qalmaq idi. Pis başladıq, 4 oyunda 9 xal yığdıq, hamı bizdən çox şey tələb etməyə başladı. Hələ deyirdim ki, bəlkə bir az yavaşıyaq. Uşaqlar vuruşurlar. Futboldan ləzzət alacaq məqam yoxdur. Sürətli hücumlara keçə bilmiriksə, necə ləzzət alaq?

 

- Hansı komanda ilə arzularınızı gerçəkləşdirə bilərsiniz?

- “Qarabağ”, “Neftçi” və “Qəbələ”yə qarşı çətinlik çəkirik. Onu baxarıq. Bizə ən azı 4-5 yeni futbolçu lazımdır. Mənim istədiyim futbol bu deyil. Bu oyunçularla bu işə giririksə, qoyub qaça da bilmərik. Amma tam ürəyimcə deyil.


Xəbər xətti