Cavid İmamverdiyev: "Bu xəbərlər bir çox adama pis təsir elədi"

12:09 25 Noyabr 2018

Topaz Premyer Liqasının 12-ci turunda debütant "Sabah" səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra qonaqların kapitanı Cavid İmamverdiyev jurnalistlərə müsahibə verib. 28 yaşlı yarımmüdafiəçi öncə oyunla bağlı danışıb:

 

- Gərgin oyun keçdi. Düşünürəm ki, qalib də gələ bilərdik. Ancaq üstünlüyü əldən verdik. “Qarabağ” kimi komandaya qarşı oyunda 1:1 hesablı nəticə bizim üçün yaxşı məticədi. Bizim məqsədimiz Premyer Liqada qalmaqdı. “Neftçi” ilə oyuna yaxşı hazırlaşcağıq və qələbə üçün meydana çıxacağıq.

 

- “Sabah” ikinci hissədə müdafiə olunurdu. Nə üçün qalib gələ biləcəyinizi də düşünürsən?

-  Ən azından qol buraxmasaydıq, qalib gələ bilərdik. Bu baxımdan deyirdim.

 

- “Sabah”ın iki xal itirdiyini düşünürsən?

- Elə fikirləşmirəm. “Qarabağ” kimi komanda ilə oyunda belə nəticə yaxşıdı.

 

- Növbəti turda lider “Neftçi”ni qəbul edəcəksiniz. Oyunla bağlı fikirlərin necədir?

- Nə olursa, olsun, əlimizdən gələni edəcəyik ki, “Neftçi” üzərində qələbə qazanaq. Komandama inanıram. Bunu bacara bilərik.

 

- Marko Deviç də artıq geri dönür.

- Onun son durumundan xəbərim yoxdu. Deviçin hücum xəttində olması bizim üçün böyük üstünlük olacaq.

 

- Yığma komandamızın Millətlər Liqasındakı uğursuz çıxışı hamını məyus edib. Pavel Paşayevlə Dmitri Nazarovun zəif çıxışı və Kamran Ağayevin bilərəkdən Kosovoya getmək istəməməsi barədə iddialar çoxalıb. Sizin fikriniz necədir?

- Mən bu barədə danışmaq istəmirəm.

 

- Milli barədə danışmağa qadağa qoyulub?

- Xeyr, sadəcə, danışmaq istəmirəm. Xahiş edirəm, məni düzgün başa düşün. Bu xəbərlər nəinki mənə, bir çox adama pis təsir elədi.


Xəbər xətti