"Neftçi"nin sabiq futbolçusu Bakıda qəlyançı işləyir - FOTO

15:30 25 Noyabr 2018

"Neftçi"nin sabiq legioneri Erik Obidike özünə yeni məşğuliyyət tapıb.

 

Sportarena.az xəbər verir ki, 2005-2006-cı illərdə paytaxt klubunun şərəfini qoruyan nigeriyalı müdafiəçi hazırda Bakıdadı və məşhur istirahət məkanlarından birində qəlyançı işləyir. Erik illər öncə azərbaycanlı xanımla ailə həyatı qurub. Bu izdivacdan 1 oğlu və 1 qızı var. 


O, Azərbaycan dilində danışmağı öyrənib. Sanmayın ki zarafat edirik – Erik doğma dilimizi AFFA-nın bəzi mənsublarından yaxşı bilir.


Xəbər xətti