AFFA-dan anormal qərar: 19 yaşlı futbolçulara 200 min mükafat ayırdı

10:48 26 Noyabr 2018

Avropa çempionatının ilkin seçmə mərhələsində uğurlu çıxış etməklə elit-raunda vəsiqə qazanan Azərbaycan U-19 yığmasının üzvlərinə veriləcək mükafatın məbləği müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, sportlife.az saytının əldə etdiyi məlumata görə, AFFA bütövlükdə bu komandaya 200 min manatlıq pul mükafatı ayırıb. Belə ki, hər futbolçuya 6000 AZN mükafat veriləcək. Baş məşqçi Vüqar Məmməd bu uğura görə 20000 AZN irəli düşəcək. Onun köməkçiləri isə 10000 manat alacaqlar.

 

Xatırladaq ki, Azərbaycan yığması AÇ-nin ilkin seçmə mərhələsində İsrailə uduzsa da, Gürcüstan və Lixtenşteynə qalib gəlməklə qrup ikincisi kimi elit-raunda vəsiqə əldə edib.


Digər xəbərlər

Xəbər xətti