Eddi İsrafilovun komandası 3 xal qazandı

11:58 26 Noyabr 2018

Futbol üzrə İspaniya Sequndasında 15-ci turun oyunları keçirilib.


Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Saraqosa” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb - 2:0. İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.


Hazırda 33 xala malik “Alkorkon” 22 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

 


Xəbər xətti