Ulduz futbolçu klubsuz qaldı

13:00 27 Noyabr 2018

ABŞ-ın "Los-Anceles Qalaksi" klubunda ayrılıq baş verib.

 

Sportarena.az xəbər verir ki, MLS təmsilçisi sol cinah müdafiəçisi Eşli Koulla yolları ayırıb. Klubdan verilən açıqlamaya görə, İngiltərə millisinin sabiq üzvünün müqaviləsi uzadılmayıb.

 

Qeyd edək ki, "Arsenal", "Kristal Pelas", "Çelsi", "Roma" kimi klublarda oynayan 37 yaşlı futbolçu 2016-cı ildən "Los-Anceles Qalaksi"də çıxış edirdi. O, 2001-2014-cü illərdə 104 oyunda İngiltərə milli komandasının da şərəfini qoruyub.


Xəbər xətti