Millimizin sabiq futbolçusu "Region Liqası"nda

15:23 27 Noyabr 2018

"Region Liqası"nda çıxış edən "Baku FK" heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu "Qarabağ"ın, "Sumqayıt"ın və U-21 millimizin sabiq üzvü Emin Mustafayevi heyətinə qatıb.

 

Emin bir müddət öncə "Region Liqası"nın başqa bir iştirakçısı "Uğur"la razılığa gəlsə də sonradan fikrini dəyişib. Deyilənə görə, Emin "Baku FK"da oynayan və yaxşı münasibətdə olduğu Vüqar Nadirovun məsləhəti ilə klubunu dəyişib.


Digər xəbərlər

Xəbər xətti