Eden Hazard:"Gələn yay başqa kluba keçmək etimalım var"

18:25 27 Noyabr 2018

"Çelsi"nin hücumçusu Eden Hazard PSJ-yə keçəcəyi ilə bağlı yayılan söz-söhbətə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, hücumçu şayiələrə inanmamağı tövsiyə edib: "Əvvəllər PSJ ilə əlaqələrim olub. Amma keçid barədə düşünməmişəm. Şayiələrə inanmayın. Əgər nə vaxtsa Fransa çempionatını seçsəm, "Lill" klubunun formasını geyinəcəyəm. Hazırda isə belə fikrim yoxdur. "Çelsi"də rahatam. Müqaviləm gələn il başa çatacaq. Qışda transferim mümkün deyil. Komandaya, azarkeşlərə hörmətlə yanaşıram. Gələn yay başqa kluba keçmək etimalım var. Bunu hələ dəqiq bilmirəm. Bəlkə də karyeramı "Çelsi"də başa vuracağam. Bircə şeyi dəqiq bilirəm ki, heç vaxt PSJ-ni seçməyəcəyəm". 

 

Azar 2007-2012-ci illərdə "Lill"də oynayıb. Sonradan London klubuna keçib. Premyer Liqada bu mövsüm 12 matçda 7 qol vurub, 4 məhsuldar örürmə edib.


Xəbər xətti