Droqba: "Onlar üçün əsl hədəf çempionluqdu"

21:29 28 Noyabr 2018

Bir neçə gün əvvəl futbolçu karyerasını bitirdiyini açıqlayan Didye Droqba “Çelsi”nin sponsorlarından biri tərəfindən təşkil olunan tədbirdə açıqlamalar verib.

 

Sportarena.az xəbər verir ki, sabiq futbolçu Premyer Liqanın son turunda “Tottenhem”ə 1:3 hesabıyla məğlub olan “zadəganlar”ın əsl hədəfinin çempionluq olduğunu deyib: “Tottenhem”ə məğlubiyyət yaxşı olmadı. Bu, derbi oyunu idi. Ümid edirəm ki, “Çelsi” daha yaxşı şəkildə geri dönər və qələbə seriyasına davam edərlər.Onlar üçün əsl hədəf çempionluqdu. “Çelsi” kimi klublardan hər zaman çempionluq gözlənilir”. 

 

Fil Dişi Sahili millisinin keçmiş üzvü 2004-2012 və 2014-2015-ci illərdə “Çelsi"nin şərəfini qoruyub. 

 

40 yaşlı keçmiş futbolçu karyerasına görə xoşbəxt olduğunu bildirib: “Fransa, İngiltərə, Türkiyə, ABŞ, Çin və getdiyim digər ölkələrdə xoşbəxt oldum. Bir insan olaraq, yeni mədəniyyətlər, insanlar mənim üçün böyük təcrübə oldu”.


Digər xəbərlər

Xəbər xətti