"Roma"da ciddi itki

13:43 1 Dekabr 2018

"Roma"nın zədəli futbolçuları Edin Ceko və Stefan El-Şaarivinin son durumu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, hər iki hücumçu üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Onların A seriyasının 17-ci turunda "Yuventus"a qarşı matça (22 dekabr)kimi bərpa olunacağı gözlənilir.

 

Qeyd edək ki, E.Ceko Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Real"la oyun öncəsi son məşqdə zədələnib. El-Şaaravi isə Madrid klubu ilə görüşün 22-ci dəqiqəsinə sıradan çıxıb.

 


Digər xəbərlər

Xəbər xətti