AÇ-2020: Millimizin rəqibləri bəlli oldu - YENİLƏNİB

15:46 2 Dekabr 2018

Bu gün AÇ-2020-nin seçmə mərhələsinin püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Yığmamız 5-ci səbətdə qərarlaşıb

 
Püşkatmada UEFA-nın üzv olan 55 ölkənin yığma komandası 10 qrupa bölünəcək. Bu qruplardan beşində 5, beşində 6 komanda yer alacaq. Seçmə mərhələnin oyunlarından sonra hər qrupdan ilk iki yeri tutan komanda final mərhələsinə yüksələcək.

 

AÇ-2020-nin qrupları

A qrupu - İngiltərə, Çexiya, Bolqarıstan, Monteneqro, Kosovo 

B qrupu - Portuqaliya, Ukrayna, Serbiya, Litva, Lüksemburq

C qrupu - Hollandiya, Almaniya, Şimali İrlandiya, Estoniya, Belarus

D qrupu - İsveçrə, Danimarka, İrlandiya, Gürcüstan

E qrupu - Xorvatiya, Uels, Slovakiya, Macarıstan, Azərbaycan

F qrupu - İspaniya, İsveç, Norveç, Rumıniya,

G qrupu - Polşa, Avstriya, İsrail, Sloveniya

H qrupu - Fransa, İslandiya, Türkiyə, Albaniya

İ qrupu - Belçika, Rusiya, Şotlandiya, Kipr

J qrupu - İtaliya, Bosniya və Herseqovina, Finlandiya, Yunanıstan

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti