"Qarabağ" "Keşlə"ni darmadağın etdi, "Qəbələ"dən xal itkisi – YENİLƏNİB

20:49 3 Dekabr 2018

Bu gün Topaz Premyer Liqasında 13-cü tura yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında “Qəbələ” və “Zirə” komandaları üz-üzə gələcəklər. Dünən Qəbələdəki qatı duman səbəbindən təxirə salınan matç qaldığı yerdən - 58-ci dəqiqən etibarən davam etdiriləcək.


Turun son oyunu isə paytaxtda olacaq. Son vaxtlar uğursuzluq zolağında olan “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Keşlə”ni sınağa çəkəcək. Ağdam klubu və millimizin baş məşqçisi Qurban Qurbanovun AÇ-2020-nin seçmə mərhələsinin püşkatma mərasimində iştirakı ilə bağlı bazar ertəsinə keçirilən görüş hər iki komanda üçün önəm daşıyır. “Qarabağ” lider “Neftçi” ilə xal fərqini azaltmaq, “Keşlə” isə autsayderlər qrupundan çıxmaq istəyir. Bu mənada qələbə hər iki komandaya hava-su kimi lazımdır.

Qeyd edək ki, turun ilk iki oyunu şənbə günü keçirilib.
 

3 dekabr (bazar ertəsi)

Topaz Premyer Liqası, 13-cü  tur

 

13:00. “Qəbələ” – “Zirə” 0:0

Qırmızı vərəqə: Bilal Həmdi, 61

Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu

 

19:00. “Qarabağ” – “Keşlə” 5-1
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Tofiq Bəhramov adına Respublika stadionu


Digər xəbərlər

Xəbər xətti