Tərlan Əhmədov:"Fərdi ustalıq aşağı səviyyədədi"

Sportarena.az      3 Dekabr 2018, 22:00

“Belə bir nəticədən sonra fikir bildirmək çətindi. Görüləsi iş çoxdu”.

 

Sportarena.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XIII turunda “Qarabağ”ın qonağı olan paytaxt təmsilçisi 1:5 hesabı ilə uduzub. Oyunsonrası mətbuat konfransında Əhmədovun məğlubiyyət şərhi belə olub: “Komanda cəmi 2 qalibiyyət əldə edib. İstər-istəməz sual çox doğurur. Bu gün də hər hissənin əvvəlində qol buraxdıq. İkinci hissədə 8 dəqiqəyə 3 top buraxdıq. Bir komanda bu qədər uğursuz çıxış edə bilməz. Yeni futbolçular cəlb olunmalıdı. Hələ heç nə itirilməyib. Fərdi ustalıq aşağı səviyyədədi. Buraxılan qollar məni çox narahat edir. Vaxt yoxdu, amma işimiz də çoxdu”.

 

- İkinci hissənin əvvəlində açıq futbol oynamaq nə dərəcədə doğru idi?
- Açıq futbol planda olmayıb. İkinci hissənin əvvəlindəki 8 dəqiqəyə qol buraxdıq. İkinci hissədə daha aqressiv və ehtiyatlı oynamalı idik. İndiki dövrdə açıq futbol anlayışı yoxdu. Bunun niyə baş verdiyi mənim üçün də sual doğurur. Bu, klubdaxili məsələdi.

 

- Davud Kəriminin çxışı sizi qane etdi?
- Heç kimin oyunundan razı qalmadım. Davud bizdə ikinci qapıçıdı. Onun keçmişini də bilirik. Oyun praktikası aşağıdı. Amma başqa çıxış yolum da yoxdu.

 

- Kamran Ağayevin durumu nə yerdədi?
- Can ağrısı Kamranda var, bizdə yox. Onun bu gün meydanda olmasını istərdim. Dünənki söhbətdə belə başa düşdüm ki, hələ hazır deyil. Ümid edirəm ki, kubok matçına qədər hazır olar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin