"Milan" klubuna yeni baş direktor təyin olunub

01:00 6 Dekabr 2018

İtaliyanın "Milan" klubunun yeni baş direktoru seçilib.

 

Sportarena.az xəbər verir ki, baş tutan iclasda İvan Qazidisin təyinatı təsdiqlənib. 54 yaşlı xorvatiyalı funksionerlə 2020-ci ilin yayına qədər müqavilə bağlanılıb.

 

Qeyd edək ki, Qazidis "Arsenal" klubunun icraçı direktoru olub.


Digər xəbərlər

Xəbər xətti