Tərlan Əhmədov: "İlk hissədə çətinlik çəkirdik"

Sportarena.az      6 Dekabr 2018, 22:20

“Bu gün birinci divizion klubu ilə üz-üzə gəlsək də, ilk hissədə çətinlik çəkirdik, qol vura bilmirdik. İkinci hissədə isə qollar vurmağı bacardıq və mərhələ adladıq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1 /8 final mərhələsində “Şüvəlan”la keçirilən oyundan sonra deyib. 3:0 hesablı qələbəni şərh edən çalışdırıcı kubokunda mümkün qədər irəliləməyə çalışdıqlarını bildirib:

“Aqil Nəbiyev “Şüvəlan”da yaxşı kollektiv qura bilib. Buna görə onu təbrik edirəm. Biz isə yolumuza davam edirik. Qarşıda bizi çətin çempionat oyunu gözləyir. Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin