“Qarabağ”ın qış hazırlıq proqramı müəyyənləşdi - KLUBDAN AÇIQLAMA

13:11 10 Dekabr 2018

“Qarabağ” futbol klubunun qış hazırlıq proqramı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Report”a Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimov məlumat verib. O, bildirib ki, istirahətdən sonra Bakıda bir araya gələcək komanda yanvarın 6-da Türkiyənin Antalya bölkəsinə yollanacaq. Belekdə məskunlaşacaq “Qarabağ” yanvarın 27-də vətənə dönəcək.

 

Baş məşqçi Qurban Qurbanov təlim-məşq toplanışı çərçivəsində kollektivi 5 yoxlama matçında sınamağı planlaşdırır. 


Digər xəbərlər

Xəbər xətti