Rəhman Hacıyev: "Hər bir xal bizim üçün çox önəmlidir"

14:19 10 Dekabr 2018

"Neftçi”nin futbolçusu Rəhman Hacıyev "Sumqayıt”la oyundan sonra klubun rəsmi saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki hər xalın çöx önəmli olduğunu bildirən yarımmüdafiəçi artıq kubok oyunlarına köklənməyin vacib olduğunu deyib:


 

"Hər matça qələbə qazanmaq üçün çıxırıq. Çünki hər bir xal bizim üçün çox önəmlidir. Lakin bu oyun çox ağır oldu. Rəqib müdafiəyə "oturmuşdu”, qol buraxmamağa çalışırdı. Yalnız əks-hücumlara bel bağlayırdı. Ona görə də qol vurmağa çətinlik çəkdik. Düzdür, fərqlənmək üçün imkanlarımız oldu, amma təəssüf ki, istifadə edə bilmədik. Artıq kubok oyunlarına köklənməliyik ”.


Xəbər xətti