AFFA-dan “Səbail”ə rədd cavabı

01:22 12 Dekabr 2018

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Səbail” klubunun futbolçusu Eltun Yaqublu barədə şikayətini rədd edib.

 

Sportarena.az xəbər verir ki, qurum AFFA İntizam Komitəsinin 27 noyabr 2018-ci il il tarixli qərarını qüvvədə saxlayıb.

 

Azərbaycan Premyer Liqasının XII turunun "Neftçi” ilə ev oyunu başa çatdıqdan sonra "Səbail”in protokolda adı olmayan futbolçusu Eltun Yaqublu hakimi təhqir edib. İntizam Komitəsi onun 4 oyun cəzalanması, klubun 3200 manat cərimə olunmasına dair qərar çıxarıb. 

 

Qeyd edək ki, "Səbail” - "Neftçi” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər xətti