Qurban Qurbanov erməni təxribatı barədə: "Qorxaqlar belə hərəkət edirlər"

02:51 14 Dekabr 2018

Bu gün Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ" səfərdə "Arsenal"a 0:1 hesabıyla məğlub olub.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Bu gün futbolçularımdan razı qaldım, onlara təşəkkür edirəm. "Arsenal" qrup mərhələsinin bütün oyunlarında çox yaxşı çıxış etdi və hər kəsdən üstün oynadı. Ümumilikdə, bəli, "Qarabağ" və "Sportinq" güc fərqində bir addım öndəydi, bəlkə də bir az daha yaxşı nəticələr qazana bilərdik. Bugünkü heyəti isə "Arsenal"ın gələcəyidir və rəqibimiz daim gənc oyunçulara şans verməklə seçilib. Bu gün də onlar "Arsenal"ın gələcəyinin güclü olduğunu göstərdilər".

 

Oyun zamanı qondarma bayraqla meydana daxil olan azarkeş haqda verilən suala isə baş 46 yaşlı mütəxəssis belə cavab verib:

 

"Bu haqda çox danışmaq istəmirəm, sadəcə, qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".


Digər xəbərlər

Xəbər xətti