“Qəbələ”nin “Sabah”la 3-cü dueli

17:02 14 Dekabr 2018

Bu həftə futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək. 

 

Sportarena.az xəbər verir ki, yarışa bu raunddan başlayacaq “Qəbələ” “Sabah”la görüşəcək. 

 

Komandalar arasında ilk oyun dekabrın 16-da baş tutacaq. “Qırmızı-qaralar” kubokda yeni mövsümə Qəbələ şəhər stadionunda başlayacaq.

 

Bu, rəqiblərin üçüncü dueli olacaq. Komandalar indiyədək yalnız cari mövsümdə qarşılaşıb. Hər iki matç Topaz Premyer Liqası çərçivəsində baş tutub.

 

Kubokda ilk dəfə üz-üzə gələcək komandaların çempionatdakı duellərində meydan sahibləri minimal fərqlə qalib gəlib. Hərəyə 1 qələbə qazanan rəqiblər eyni sayda - 2 qol vurub. Öz meydanında 2:1 hesabı ilə qalib gələn “Qəbələ”nin heyətində Ceyms Adeniyi və Stiven Monroz fərqlənib.


Digər xəbərlər

Xəbər xətti