Türkiyə Hava Yollarından gözlənilməz qərar - "Çelsi"yə sponsorluq edəcək

10:15 15 Dekabr 2018

Türkiyə Hava Yolları İngiltərə nəhəngi "Çelsi"yə sponsorluq edəcək.

 

Sportarena.az xəbər verir ki, yaxın müddətdə Türkiyə Hava Yolları ilə klub arasında müqavilə imzalanacaq. Yayılan xəbərlərə görə, tərəflər artıq razılaşıb. Türkiyə Hava Yolları klubu səfərləri zamanı daşımağı öhdəsinə götürüb. Bunun əvəzində ev oyunları zamanı Türkiyə Hava Yollarının reklamı "Stamford Bridge"də yayımlanacaq.

 

Qeyd edək ki, THY bundan əvvəl "Barselona", "Mançester Yunayted" və "Borussiya Dortmund" kimi klublara sponsorluq edib.


Digər xəbərlər

Xəbər xətti