“Forza Neftçi” boykota başladı - "NEFTÇİ"NİN OYUNLARINA GETMƏYƏCƏKLƏR

17:13 15 Dekabr 2018

“Neftçi”nin əsas fan-klubu “Forza Neftçi” komandanın oyunlarını boykot etmək, bir müddətlik də olsa, tribunadan çəkildiyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə azarkeşlər öz sosial şəbəkə hesablarından paylaşım edərək məlumat veriblər. “Forza Neftçi”nin bu gün ölkə kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”a qarşı ilk oyununda tribunada olmayacağı gözlənilir.

 

Deyilənə görə, fanatların bu addımına səbəb "Neftçi"nin "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyevi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə ("Bandotdel") şikayət etməsidi. (Rekord)


Digər xəbərlər

Xəbər xətti