"Keşlə"nin sabiq futbolçusu futzala keçdi

13:22 16 Dekabr 2018

Ötən mövsüm "Keşlə”də çıxış edən serb futbolçu Nemanya Stoyanoviç futzala keçib.

 

Sportarena.az xəbər verir ki, son olaraq Avstriyanın "Mauerverk” klubunda oynayan yarımmüdafiəçi "Liberta” ilə müqavilə imzalayıb.  24 yaşlı futbolçu artıq yeni klubunun heyətində ilk oyununa çıxıb.

 

Qeyd edək ki, Stoyanoviç "Keşlə”nin heyətində Azərbaycan kubokunun ötən mövsümünün qalibi olub.


Digər xəbərlər

Xəbər xətti