Arif Əsədov Türkiyənin Super Liqa klubunu çalışdıracaq - SON XƏBƏR

23:20 16 Dekabr 2018

Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü" baş məşqçisi İsmail Kartalla yollarını ayırıb.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Sivasspor"la oyundan sonra çalışdırıcını istefaya göndərib.

 

"Ankaragücü" klubunun rəhbərliyi baş məşqçi postuna Arif Əsədovu təyin etmək istəyir. İddia olunur ki, hətta yayda da azərbaycanlı məşqçinin Ankara klubunu çalışdırma imkanı olub. Lakin həmin vaxt rəhbərlik Türkiyə futboluna daha yaxşı bələd olan İsmail Kartala üstünlük verib.

 

İndi isə rəhbərlik Arif Əsədovu istəyir. Danışıqların bir neçə gün ərzində yekunlaşması gözlənilir. 


Xəbər xətti