AAAF Parkda karate üzrə “Zirvə Kuboku” yekunlaşdı - VİDEO

22:06 19 Dekabr 2018

AAAF Park Yaşayış Kompleksinin yarış zalında karate üzrə Ənənəvi Açıq “Zirvə Kuboku” baş tutub.

 

Sportarena.az xəbər verir ki, əvvəlcə yarışın açılış mərasimi reallaşıb.Mərasimdə “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov və Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da iştirak edib. Əvvəlcə söz “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərovə verilib. O qeyd edib ki, “Zirvə” Bİk hər zaman bütün idman növlərinə maksimum dəstək verib, onlara ən yaxşı şərait yaradıb.

Yaşar Bəşirov da açılış mərasimində söz alaraq ölkədə idmana göstərilən diqqət və qayğıdan danışdı, ənənəvi Açıq “Zirvə Kuboku”nda iştirak edən idmançılara uğurlar arzuladı.

Azərbaycan Respublikası Dövlət Himninin səslənməsindən sonra yarış start götürdü. Böyük marağa səbəb olan və yüksək təşkilatçılıqla müşayiət olunan turnirdə ölkənin ən güclü klub və komandalarını təmsil edən uşaqlar, yeniyetmələr və gənclər müxtəlif çəki dərəcələrində çıxış etdilər. Ümumilikdə isə, yarışda 15 klubdan 200-ə yaxın karateçi qüvvəsini sınadı.

Yarışda “Zirvə” BİK-in təmsilçiləri uğurlu nəticələrlə yadda qalıblar. Komandamızın üzvləri gözəl çıxış edərək çox sayda medal əldə ediblər. Qeyd edək ki, turnirdə “Zirvə” komanda hesabında 2-ci yeri tutmağı bacarıb. 1-ci yerə “Qara Qaplan”, 3-cü yerə isə “Gəncə” layiq görülüb.

 

 


Digər xəbərlər

Xəbər xətti