Mourinyonun "Mançester Yunayted"də xərclədiyi pulun məbləği açıqlandı - 455 MİLYON AVRO

12:15 20 Dekabr 2018

"Mançester Yunayted"dən istefaya göndərilən Joze Mourinyonun İngiltərə klubunda transferlərə xərclədiyi pulun məbləği açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Premyer Liqa klubuna aldırdığı 10 futbolçuya ümumilikdə 455,1 milyon avro (880,5 milyon manat) xərclənib.

 

Həmin futbolçular, alındıqları klubları və qiymətlərini təqdim edirik.

 

Paul Poqba (Yuventus) - 105.000.000 avro

Romelu Lukaku ((Everton) - 84.700.000 avro

Fred (Şaxtyor) - 59.000.000 avro

Nemanya Matiç (Çelsi) - 44.700.000 avro

Henrix Mxıtıryan (Borussiya Dortmund) - 42.000.000 avro

Erik Bayi (Vilyarreal ) - 38.000.000 avro

Viktor Lindelöv (Benfika) - 35.000.000 avro

Aleksis Sançes (Arsenal) - 23.000.000 avro

Dioqo Dalot (Portu) - 22.000.000 avro

Li Qrant (Stok Siti) - 1.700.000 avro


Digər xəbərlər

Xəbər xətti