FİFA-nın yeni reytinqi açıqlandı - Millimiz mövqeyini qorudu

13:34 20 Dekabr 2018

FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisi ilin yekun siyahısında mövqeyini qoruyub. Aktivində 1206 xal olan komandamız 107-ci pillədə qərarlaşıb.Yığmanın "AVRO-2020"nin seçmə mərhələsindəki rəqiblərinin də ötən ayla müqayisədə mövqeyi dəyişməz qalıb. Xorvatiya 1634 xalla 4-cü, Uels 1525 xalla 19-cu, Slovakiya 1483 xalla 27-ci, Macarıstan isə 1412 xalla 51-ci yerdədi. 

 

Dünyanın ən güclü 10 komandasının siyahısında heç bir dəyişiklik baş verməyib. Planetin nəhəngləri həm xal hesablarını, həm də mövqelərini qoruyub. Siyahıya 1727 xalla Belçika başçılıq edir. Fransa 1726 xalla ikinci, Braziliya isə 1676 xalla üçüncü yerdədi. Növbəti pillələri isə ardıcıl olaraq Xorvatiya (1634 xal), İngiltərə (1631), Portuqaliya (1614), Uruqvay (1609), İsveçrə (1599), İspaniya (1591) və Danimarka (1589) tutur.

 

Türkiyə yığması isə reytinqdə 1443 xalla 39-cu yerdə qalıb.


Xəbər xətti