"Qarabağ"a qayıtmaq istəyən braziliyalı futbolçu “Əl-Cəzirə” klubuna keçə bilər

15:49 20 Dekabr 2018

Qazaxıstanın “Astana” klubu dağılmaq ərəfəsində olduğundan bu komandanın futbolçularına maraq var.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, Qazaxıstandan olan həmkarımız Yerbol Kairov heyətdəki futbolçulardan kimin hara gedəcəyi ilə bağlı iddiasını ortaya qoyub.

Təbii ki, bizi ən çox maraqlandıran millimizin futbolçusu Riçard Almeydanın durumudur. Onun yeni komandasına adaptasiya ola bilməməsi və noyabrda verdiyi müsahibələrdən birində “Qarabağ”a qayıtmaq istəməsini deməsi ayrılmaq üçün kifayət qədər əsas sayılır.

Həmyerlisi və dostu Reynaldonun “Qarabağ”a qayıtması və Azərbaycandakı həyatın onu qane etməsi Almeydanın bu kluba qayıdışını şərtləndirir. 

Lakin o, BƏƏ-nin “Əl-Cəzirə” klubuna da keçə bilər. Çünki “Qarabağ”dan ayrıldıqdan sonra braziliyalının məhz bu komandaya keçəcəyi deyilirdi. Lakin sonradan futbolçu qərarını “Astana”dan yana vermişdi.

Həmkarımız onu da bildirir ki, Riçardı “Astana”ya gətirmiş baş məşqçi Roman Qriqorçuk kluba qayıtsa, o zaman bu futbolçu komandasında qala bilər.


Digər xəbərlər

Xəbər xətti