“Qarabağ” yarımfinalda “Qəbələ”yə rəqib oldu - GENİŞ İCMAL

22:52 20 Dekabr 2018

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ” kubokun son qalibi “Keşlə”nin qonağı olub. İlk oyunda 1:0 hesabı ilə qalib gələn Ağdam klubu cütün favoriti hesab olunurdu. Görüş 1:1 hesabı ilə başa çatıb və bu, “Qarabağ”ın yarımfinala çıxmasını təmin edib.

 

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

19:00. “Keşlə” – “Qarabağ” - 1:1 
Qol: Amil Yunanov, 29 (1:0), Miçel, 50 (1:1)
Qırmızı vərəqə: Yakub Jezniçak, 90 ("Qarabağ")
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov

 

 


Xəbər xətti