“Mançester Yunayted”in futbolçuları Mourinyonun qovulmasına görə mərcə girdilər

14:49 21 Dekabr 2018

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçuları – Alexsis Sançez və Markos Roxo maraqlı addım atıblar.

 

Sportarena.az xəbər verir ki, futbolçular komandanın sabiq baş məşqçisi Joze Mourinyonun vəzifəsindən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı ilə bağlı mərcə giriblər. Roxo “Liverpul”a məğlubiyyətdən sonra portuqaliyalı çalışdırıcının postundan göndərilməyəcəyini deyib. Alexsis Sançez isə Mourinyonun postundan gedəcəyinə inandığını bildirib. 

“Liverpul”a məğlubiyyətdən bir gün sonra 55 yaşlı mütəxəssis postundan uzaqlaşdırılıb. Mərci çilili futbolçu qazanıb.  Aleksis Sançez mərcdə 20 min funt-sterlinqin sahibi olub. 

 

Qeyd edək ki, Aleksis Sançez Joze Mourinyonun istəyi ilə “Mançester Yunayted”ə transfer olunub. 


Digər xəbərlər

Xəbər xətti