"Real"da ciddi itki - FİNALDA OLMAYACAQ

12:20 22 Dekabr 2018

İspaniyanın "Real" klubu ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, "Kral" Klubu"nun futbolçusu Marko Asensio zədələnib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Asensio FİFA Klublararası Dünya çempionatının yarımfinalında "Kasima Antlers"i məğlub etdikləri (3:1) matçda zədələnib. İspan futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. 

 

Qeyd edək ki, "Real" Klublararası Dünya çempionatının finalında - 22 dekabrda "Əl Əyn" klubu ilə qarşılaşacaq.


Xəbər xətti