"Real"ın ulduz futbolçusu məscidə getdi: QALMAQAL OLDU +FOTOFAKT

13:22 22 Dekabr 2018

Klublararası dünya çempionatında iştirak üçün Birləşmiş Ərəb Əmirliklərində olan "Real"ın futbolçusu Serxio Ramos paytaxt Əbu-Dabidə gəzintiyə çıxıb.

 

Sportarena.az xəbər verir ki, ispan futbolçu şəhərdəki Şeyx Zayed məscidini də ziyarət edib. Məsciddən götüntüləri sosial mediada paylaşan Ramos "Unikal bir yer" yazıb.

 

İspaniyanın aparıcı media orqanlarından AS görüntüləri "Stadiondan məscidə" başlığı ilə yayımlayıb. Bəzi sosial media istifadəçiləri isə futbolçunu tənqid edib.



Xəbər xətti