Zlatan İbrahimoviçin aldığı maaş yeni rekord müəyyənləşdirdi

14:25 22 Dekabr 2018

ABŞ-ın "Los-Anceles Qelaksi” klubu ilə yeni müqaviıə imzalayan Zlatan İbrahimoviç maaşına görə MLS-in rekordçusu ola bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. İddia olunub ki, 37 yaşlı isveçli hücumçunun illik maaşı 7-7.5 milyon dollar olacaq. Bu isə MLS tarixinin ən yüksək məvacibidi.

 

Hazırda rekordçu Kaka hesab olunur. "Orlando Siti"nin sabiq braziliyalı ulduzu 2017-ci ildə illik 7.17 milyon dollar qazanıb. 


Xəbər xətti