“Beşiktaş”ın futbolçuları haqqında iddia - Səhərə qədər əyləniblər

15:18 24 Dekabr 2018

Türkiyə Superliqasının son turunda “Kasımpaşa”ya biabırçı hesabla (1:4) uduzan “Beşiktaş”ın futbolçuları haqqında şok iddialar yayılıb.

 

Sportarena.az xəbər verir ki, İstanbul klubunun futbolçuları vacib oyundan bir gün öncə səhərə qədər əylənib. Hollandiyalı hücumçu Rayan Babelin ad gününü qeyd edən oyunçular spirtli içki də qəbul ediblər. “Ağ-qaralar”ın üzvləri ilə yanaşı partidə “Qalatasaray”ın hollandiyalısı Rayan Donk da iştirak edib. 

 

Daha çox əcnəbi futbolçuların qatıldığı əyləncədə adları açıqlanmayan 2-3 türk futbolçu da  olub. Hazırda klub rəhbərliyi futbolçuların adlarını dəqiqləşdirməyə çalışır.


Xəbər xətti