Slovakiyalı futbolçu: "Azərbaycan asan rəqib deyil"

19:19 24 Dekabr 2018

Slovakiya yığmasının futbolçusu Albert Rusnak AÇ-2020-in seçmə mərhələsindəki rəqibləri haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Azərbaycan millisi ilə oyunların da asan olmayacağını bildirib: "Maraqlı qrupa düşmüşük. Macarıstanla derbini xüsusi qeyd edərdim. Xorvatiya millisini hər kəs yaxşı tanıyır. Onlar qrupun favoritidiş Uels də buna iddialıdır. Azərbaycan millisi də çox asan rəqib olmayacaq. Düşünürəm ki, irəli getmək şansımız var. Qrupu ikinci pillədə başa vurmağa çalışacağıq".

 

Qeyd edək ki, Slovakiya qrup mərhələsində Xorvatiya, Uels, Macarıstan və Azərbaycanla mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti