Həbib reytinq rekordları qıran MƏŞHUR TÜRK SERİALINDA - FOTOFAKT

01:21 25 Dekabr 2018

Mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov Türkiyədə "Diriliş Ertuğrul” serialının çəkiliş meydançasını ziyarət edib.

 

Sportarena.az xəbər verir ki, Həbibin serialın çəkiliş meydançasında çəkilən fotosunu serialın rejissoru Mehmet Bozdağ paylaşıb.

 

Qeyd edək ki, dağıstanlı idmançının son təkbətək döyüşü oktyabrın 7-də baş tutub və o, Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub. Onun bu qələbəsi müsəlman ölkələrində böyük sevinclə qarşılanıb. (publika.az)



Digər xəbərlər

Xəbər xətti