Ukraynalı futbolçu Azərbaycanda oynaya bilər

12:48 26 Dekabr 2018

Yunanıstanın PAOK klubunun müdafiəçisi Yevgeni Xaçeridi karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı futbolçu Macarıstan, Rumıniya və Azərbaycan klublarından təklif alıb. Ukrayna millisinin üzvünü almaq istəyən Premyer Liqa klubumuzun adı isə açıqlanmayıb.

 

Xaçeridinin PAOK-la 2021-ci ilin yayına kimi müqaviləsi var.


Xəbər xətti