Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırdı - FOTOLAR + SİYAHI

17:29 26 Dekabr 2018

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib.

 

Sportarena.az xəbər verir ki, tədbir çərçivəsində bir sıra nominasiyalar üzrə ilin ən yaxşıları müəyyənləşib.Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən yaxşı idmançıları, məşqçiləri, idman hakimləri və idman təşkilatlarına mükafatlar təqdim olunub.

 

İlin məşqçiləri 

Vaqif Feyzullayev – Eldəniz Əzizlinin məşqçisi (güləş)

Fərhad İsmayılov – stolüstü tennis komandasının məşqçisi

Tərlan Həsənov – Hidayət Orucovun məşqçisi (cüdo)

 

İlin ən yaxşı hakimləri

Vaqif Əliyev – həndbol

Anar Babanlı – boks

Vahıd Nəzərov – ağır atletika

 

İdman yarışlarının yüksək səviyyədə keçirilməsinə görə – Gimnastika Federasiyası, Cüdo Federasiyası, Velosiped İdmanı Federasiyası

İlin ən yaxşı federasiyası – Güləş Federasiyası 

İlin ən yaxşı komandası – Qızlardan ibarət stolüstü tennis millisi

İlin ən fəal veteranı – Elmira Safonina (qılıncoynatma idmanı üzrə veteran)

İlin yekunlarına görə ən yaxşı idman həkimi – Aytəkin Rüstəmova (nazirlikdə idman həkimi nəzarəti şöbəsinin müdiri)

İlin ən yaxşı idman qurğuları – Abşeron Olimpiya İdman Kompleksi, Göygöl Olimpiya İdman Kompleksi

Bədən tərbiyəsi və idman sahəsi üzrə ilin elm adamı – Dilqəm Quliyev (ADBTİA-nın elmlər doktoru)

İlin ən yaxşi idman verilişlərinin təşkilatçı jurnalisti – Namiq Abbasov (ARB24 kanalı)

İlin ən yaxşi İdman televiziya verilişləri kanalı – Xəzər TV

İlin ən yaxşi idman agentliyi – Rekord.az

İlin yekunlarına görə ilin ən yaxşı televiziya verilişləri layihəsi – “Bol idman” (İctimai TV)

Fəxri diplom – Şahin Mahmudov, Fariz Nəcəfov (“Qəbələ” Klubunun vitse-prezidenti), Rafiq Rəhimov (veteran güləşçi), Nadir Əzizov, Elşən Abbasov (hər ikisi Kikboksinq Federasiyası)

2018-ci ilin yekunlarına görə ilin ən yaxşı komandası – Azərbaycan milli olimpiya komandası

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə

Yelizaveta Luzan (bədii gimnastika) - I yer 

Vüqar Talıbov (cüdo) - I yer 

Turan Bayramov (sərbəst güləş) - I yer 

Tarmerxan Babayev (ağırlıqqaldırma) - II yer 

Cavad Ağayev (taekvondo) - III yer

Şahanə Nəzərova (qadın güləşi) - III yer

Nurlan Səfərov (boks) - III yer

 

Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 2018-ci ilin yekunlarına əsasən, təsis etdiyi mükafatlar:

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi – Rövnəq Abdullayev (Cüdo Federasiyasının prezidenti)

Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı – Orxan Qoca

Ədalətli oyun prinsiplərinə sadiq – Emin Şaxtaxtinski

Ədalətli oyun prinsiplərinə sadiq məşqçi – Mariana Vasilyeva (gimnastika millimizin baş məşqçisi)

Ədalətli oyun prinsiplərinə sadiq idmançı – Eldəniz Əzizli (yunan-Roma güləşçisi)

Ədalətli oyun prinsiplərinə sadiq səfir – Fərid Mansurov (nazirlikdə İdman şöbəsinin müdiri)

Aliyə Alkova, Rakif Əliyev, Zöhrə Əsgərova, Səmayə Məmmədova və Elşən Şirinov dövlət qulluğundakı səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilib.

İlin ən yaxşı idmançıları

Eldəniz Əzizli (yunan-Roma güləşi) – Dünya və Avropa çempionu

Bayram Mustafayev (paracüdo) – Dünya çempionu

Hidayət Heydərov (cüdo) – Dünya və Avropa çempionatının mükafatçısı

Cəbrayıl Həsənov (sərbəst güləş) – Dünya və Avropa mükafatçısı

Radik İsayev (taekvondo) – Avropa çempionu və Dünya Kubokunun mükafatçısı

Mixail Malkin (tamblinq) – Avropa çempionu

Pərviz Həsənov (dama) – Gözdən əlillər arasında dünya və Avropa çempionu

Şəhriyar Məmmədyarov (şahmat) – Dünya reytinqində III yerin sahibi

Elxan Əliyev (kikboksinq) – Avropa çempionatının mükafatçısı

Rafael Ağayev (karate) – dünya çempionatının mükafatçısı və Avropa çempionu.



Xəbər xətti