Azərbaycan güləş tarixində yeni rekord

13:55 28 Dekabr 2018

Dünya Güləş Birliyi (UWW) ilin sonunda beynəlxalq kateqoriya alan və dərəcəsini yüksəldən hakimlərin adlarını açıqlayıb.

Sportarena.az xəbər verir ki, imtahanlardan uğurla keçən 6 Azərbaycan hakiminin kateqoriyası dəyişib.Belə ki, Sədi Quliyev ən yüksək kateqoriya hesab olunan I-S dərəcəsinə yüksəlib. Bununla da olimpiya kateqoriyalı Azırbaycan hakimlərinin sayı 4-ə çatıb. Bu da Azərbaycan güləş tarixində yeni rekorddur. Xatırladaq ki, digər I-S dərəcəli hakimlər Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyevdir.

Elman İsmayılovla Abdul Nuriyev I kateqoriyaya sahib çıxıb. Buna qədər milli hakim statusunda olan Əli Babayev, Həbib Nurulu və Cəlal Bahadurov isə beynəlxalq hakim statusu alaraq, III dərəcəyə yüksəliblər.


Digər xəbərlər

Xəbər xətti