“Borussiya”nın ulduzu “Çelsi”də

16:45 29 Dekabr 2018

“Çelsi” heyətini gücləndirmək istiqamətində önəmli addım atıb.

 

Sportarena.az xəbər verir ki, London klubu “Borussiya”nın yarımmüdafiəçisi Kristian Pulişiçin transferində anlaşma əldə edib. Bu barədə “Bild” məlumat yayıb. “Zadəganlar” bu keçid üçün Dortmund təmsilçisinə 50 milyon avro təzminat ödəyəcək. Lakin ABŞ millisinin üzvü “Çelsi”yə qışda deyil, 2019-cu ilin yayında qoşulacaq. Bundesliqanın lideri çempionluq yolunda əsas silahını qışda əldən buraxmaq niyyətində deyil.
 
Qeyd edək ki, 20 yaşlı Xorvatiya əsilli yarımmüdafiəçi peşəkar karyerasına "Borussiya"da başlayıb. O, Bundesliqada 81 oyuna 10 qol vurub, 13 assist edib.


Digər xəbərlər

Xəbər xətti