PSJ-nin sabiq futbolçusu "Qarabağ"a gəlməkdən niyə imtina etdi? - SON DURUM

16:40 3 Yanvar 2019

Fildişi Sahili milli komandasının sabiq üzvü Yannik Boliyə “Qarabağ”a keçmək təklif olunsa da o, bu təklifi geri çevirərək Asiyaya üz tutub və Tailandın "Raçaburi" klubu ilə müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, PSJ-nin sabiq futbolçusunu bu addımı atmağa vadar edən Azərbaycan çempionatının səviyyəsinin aşağı olması və "Qarabağ"ın ev oyunlarına az azarkeş gəlməsidir.

 

Maraq üçün deyək ki, "Raçaburi"nin çıxış etdiyi Tailand çempionatında 18 komanda çıxış edir. Komandanın ev oyunlarını keçirdiyi "Mitr Phol" stadionunun tutumu 10 min nəfərdir və hər ev oyununda tribunalar dolu olur.


Digər xəbərlər

Xəbər xətti