"Çelsi"dən TRANSFER BOMBASI

23:00 3 Yanvar 2019

Dortmund "Borusiyya"sının gənc yarımmüdafiəçisi Kristian Pulişiçin "Çelsi"yə keçidi həll olunub.

 

Sportarena.az xəbər verir ki, "zadəganlar" 20 yaşlı futbolçunun transferi üçün "Borussiya" ilə razılığa gəlib. Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. "Çelsi" Pulişiç üçün Dortmund klubuna 64 milyon avro ödəyəcək.

 

Bildirək ki, futbolçunun xidmətində "Bavariya", "Arsenal" və "Liverpul" da maraqlı idi.

 

 


Digər xəbərlər

Xəbər xətti