Xorvatiyalı məşqçi millimizin baş məşqçi postuna namizəd oldu

Sportarena.az      4 Yanvar 2018, 01:20

AFFA milli komandaya baş məşqçi axtarışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, agentlər AFFA-ya xorvat mütəxəssis İqor Tudoru məsləhət görüb. Hazırda işsiz olan Tudor millimizin baş məşqçi postuna namizədlərdən biridir.

 

Daha öncə yığmamızın sabiq çalışdırıcısı, hazırda Bosniya və Hersqovinanın baş məşqçisi olan Robert Prosineçki AFFA-ya həmyerlisi Slaven Biliçi məsləhət görmüşdü. Ancaq xorvatiyalı yığmamızda uğur qazanmaq potensialı görmədiyi üçün təklifi geri çevirmişdi.

 

Qeyd edək ki, 40 yaşlı baş məşqçi "Hayduk", PAOK, "Karabükspor", "Qalatasaray" və "Udineze" klublarını çalışdırıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin