"Qalatasaray"ın hücumçusu ərəb klubuna transfer olundu

14:19 7 Yanvar 2019

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Qarri Rodriges Səudiyyə Ərəbistanı "Əl İttihad"ına transfer olub.

 

Sportarena.az xəbər verir ki, 29 yaşlı cinah oyunçusu üçün "sarı-qırmızılar"a 10,25 milyon dollar ödənilib. Onunla 4,5 illik müqavilə bağlanılıb.Klublar arasındakı anlaşmaya əsasən, "Əl İttihad" Rodrigesi gələcəkdə 10 milyon dollardan baha sata bilsə, əlavə vəsaitin 20 faizini "Cim-Bom"a ödəyəcək.


Digər xəbərlər

Xəbər xətti