Model xanımına görə AZƏRBAYCAN KLUBUNDAN AYRILIR

20:39 10 Yanvar 2019

"Səbail"in braziliyalı müdafiəçi Enrike Moura Perilyo qış fasiləsini səmərəli keçirib.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı futbolçu həyat yoldaşı Vivian Kaposla bu ölkədə istirahət edib.Cütlük sosial şəbəkə vasitəsilə fotolar paylaşaraq, birlikdə xoşbəxt olduqlarını yazıb. Perilyo fürsətdən istifadə edərək, "Deportivo Saprissa"dakı keçmiş komanda yoldaşları ilə görüşüb.

 

Moura hətta karyerasını hansı ölkədə davam etdirəcəyini müəyyənləşdirmədiyini də vurğulayıb."Sambaçı" "Səbail"dən ayrılaraq, model həyat yoldaşı ilə birlikdə onun ölkəsi Kosta-Rikada qalacağını istisna etməyib.

 

Enrike Moura Perilyonun "Səbail"lə müqavilə müddəti bu ilin yayına qədərdi. O, paytaxt klubuna cari mövsümün əvvəlində "Deportivo Saprissa"dan keçib.


Digər xəbərlər

Xəbər xətti