Braziliyada tibb maşını zədələnmiş futbolçunun üstündən keçdi - VİDEO

Sportarena.az      10 Yanvar 2018, 21:20

Braziliyadakı futbol matçı zamanı kuryoz hadisə baş verib. Zədələnmiş futbolçuya yardım etmək üçün meydana daxil olan tibb personalını daşıyan maşın idmançının üzərindən keçib. 

 

Sportarena.az xəbər verir ki, hadisə San-Pauluda keçirilən gənclər arasındakı kubok oyunu zamanı baş verib.“Trinidad” klubunun futbolçusu zədə alıb və bel ağrısına görə ayağa qalxa bilməyib. 

 

Qarşılaşmanın hakimi tibb briqadasını meydana dəvət edib. Bu zaman personalı daşıyan avtomobil yerdə uzanan futbolçunun ayağının üzərindən keçib. 

 

Videodan görünür ki, futbolçu ciddi zədə almayıb və bir neçə dəqiqə sonra həmin avtomobillə meydandan çıxarılıb.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin