Alman mütəxəssis millimizin üzvündən danışdı: "Aparıcı oyunçumuzdur"

Sportarena.az      11 Yanvar 2018, 15:25

Azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi Almaniyanın "Proyssen" komandasının baş məşqçisi Marko Antverpen ölkə mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, “Bild” nəşrinə danışan baş məşqçi millimizin üzvü ilə bağlı da danışıb.Mütəxəssis bildirib ki, Rüfət komandanın aparıcı oyunçularından biridir: “Yaxşı kollektivimiz var. Müdafiəçilər Ole Kittner, Lion Şvers, yarımmüdafiəçilər Rene Klinqenburq, Kevin Pires Rodriges və hücumçu Rüfət Dadaşov bizim aparıcı oyunçularımızdır. Yanvarın 26-da yeni mövsümün ilk rəsmi matçında "Karl Zeys Jena"nın qonağı olacağıq. Artıq həmin görüşün heyətini beynimdə qurmuşam".

 

Qeyd edək ki, "Proyssen" Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin