Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplantısında iştirak edirlər - FOTO

Sportarena.az      13 Yanvar 2018, 11:51

Avstriyanın Mittersill şəhərində cüdo üzrə ənənəvi beynəlxalq təlim-məşq toplantısı keçirilir.

 

Sportarena.az Report – a istinadən xəbər verir ki, toplantıda dünyanın 52 ölkəsinin atletləri ilə yanaşı, Azərbaycan cüdoçuları da iştirak edirlər.

 

Mittersill toplanışına bu dəfə də olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri qatılıblar. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenkonun başçılığı altında gündə 2 dəfə məşq edərək, gələcəkdə keçiriləcək mötəbər yarışlara hazırlaşırlar.

 

Beynəlxalq təlim-məşq toplanışı yanvarın 15-dək davam edəcək.

 

Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən il 39 beynəlxalq yarışda 177 medal qazanıblar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin