"Liverpul" minimal hesabla qələbə qazandı

14:00 13 Yanvar 2019

İngiltərə Premyer Liqasında XXII turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, bu tur "Liverpul" səfərdə "Brayton"un qonağı olub və rəqibini minimal hesabla məğlub etməyi bacarıb. Məhəmməd Salahın 50-ci dəqiqədə penaltidən vurduğu qol mersisaydlılara qələbə qazandırıb. 

 

Bildirək ki, bu qələbədən sonra xallarının sayını 57-yə çatdıran "Liverpul" zirvədəki yerini qoruyub.


Digər xəbərlər

Xəbər xətti