İdmançılarımız federasiya rəhbərini belə boykot etdi - VİDEO

14:49 14 Yanvar 2019

Basketbol üzrə Azərbaycan çempionatında qalmaqallı hadisə baş verib. Belə ki, 2 gün öncə çempionat çərçivəsində keçirilən oyun baş tutmayıb. Buna səbəb isə basketbolçuların federasiya rəhbərliyinin istefasını tələb etməsidir. “80-lər” və ADNSU komandaları hakimin fitindən sonra arenanı tərk ediblər. 

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Qafqazinfo”ya basketbol millimizin üzvlərindən biri verib. O bildirib ki, Azərbaycan Basketbol Federasiyasının rəhbəri Nəsib Nəsibov postundan getməyənə qədər buna davam edəcəklər. 

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün federasiya rəhbərliyi basketbolçularla görüşüb. Nəsib Nəsibov problemləri həll etmək üçün idmançılarla razılıq əldə etmək istəyir. İclas hazırda davam edir.

 

 


Digər xəbərlər

Xəbər xətti